Məşhur təmizlik məhsulu bazardan yığılır: tərkibindəki maddə sonsuzluğa səbəb olur
Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində demək olar ki, hər evdə istifadə olunan bir təmizlik məhsulunun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı müəyyən edilib. Məhsulun tərkibində qadağan olunmuş kimyəvi maddə aşkarlandığı üçün onun satışı dayandırılıb və bazardan toplanılmasına qərar verilib.
meqale.com xəbər verir ki, yoxlanılan məhsulun tərkibində "Lilial" (Butylphenyl Methylpropional) adlı maddə aşkar edilib. Bu maddə xoş qoxu vermək üçün kosmetik və təmizlik vasitələrində istifadə olunsa da, son illərdə aparılan elmi araşdırmalar onun sağlamlığa ağır zərər verdiyini sübut edib.
Mütəxəssislər "Lilial" maddəsinin aşağıdakı ciddi problemlərə yol açdığını bildirirlər: