Səhranın altındakı möcüzə: 3000 ildir elektrik enerjisi olmadan axan su

Qədim dövrlərin mühəndisləri tərəfindən yaradılan bu sistem səhranın qızmar istisinə baxmayaraq, suyu buxarlanmadan kilometrlərlə uzağa daşıyır. YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilən bu kəşf insan zəkasının təbiətlə necə harmoniyada işlədiyinin ən böyük sübutudur.

meqale.com xəbər verir ki, dağların ətəklərindəki yeraltı su mənbələrindən yaşayış məntəqələrinə qədər uzanan kilometrlərlə uzunluğunda yeraltı kanallar qazılır.

Su heç bir nasos olmadan, sadəcə yerin mailliyi (yamacı) hesabına öz axarı ilə dağdan düzənliyə doğru hərəkət edir.

Su yerin altı ilə getdiyi üçün səhranın şiddətli istisindən təsirlənmir və itkiyə getmir.

Müasir su sistemləri bir neçə onillikdən sonra sıradan çıxdığı halda, bu kəhrizlər 3000 ildir fasiləsiz işləyir.

Sistemin üstündə müəyyən məsafələrdə qazılan quyular həm qazıntı zamanı torpağı çıxarmaq, həm də tuneli təmiz hava ilə təmin etmək üçündür.