Hadisədən "2025"ə vida RƏQSİ - VİDEO
Hadisə yeni paylaşımı ilə müzakirələrə səbəb olub.
meqale.com xəbər verir ki, türk pop musiqisinin məşhur siması Hadisə Açıqgöz sosial şəbəkədə etdiyi yeni paylaşım ilə diqqət mərkəzinə düşüb.
Sənətçi "Gülə-gülə 2025" başlığı ilə ilin sonuna həsr etdiyi rəqs videosunu izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa müddətdə böyük maraq doğurub. Hadisənin rəqs şousu, xüsusilə də səhnədəki bədən hərəkətlərini təkrarlaması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Fanatlar videoya çoxsaylı şərhlər yazaraq sənətçiyə təriflərini bildiriblər.
Hadisənin bu paylaşımı yenidən onun səhnə enerjisi və fərqli üslubu ilə gündəmdə qalmasına səbəb olub.