"Xəzər Tv-nin tanınmış aparıcısı qızı ilə ölümlə üz-üzə qalıbmış... - VİDEO - FOTO
Bir il öncə həyatı üçün mübarizə aparan ana və bala indi xoşbəxt anlar yaşayır.
meqale.com xəbər verir ki, "Xəzər Xəbər"in aparıcısı Ülkər Qasımqızı və onun qız övladı Adel ötən il çox erkən doğulmuş və hər iki həyat üçün riskli vəziyyət yaranmışdı.
Hər kəs təşviş içində olsa da, uzun və gərgin mübarizədən sonra xoş xəbər gəlmişdi. Həkimlər hər ikisinin sağlam olduğunu təsdiqləmişdilər. Bu xəbər onun yaxınlarını sevinc göz yaşlarına boğmuşdu.
Hazırda aparıcının Adel adlı qızı 1 yaşını tamamlayıb. Sözügedən məclisə bir çox tanınmış televiziya işçiləri və sənət adamları dəvət olunub.
Sözügedən görüntüləri təqdim edirik: