Putin cizgi filmi qəhrəmanı oldu - FOTO

Rusiyanın məşhur animasiya serialı "Prostokvaşino"nun yeni buraxılışlarında Rusiya Prezidenti Vladimir Putin personaj kimi təsvir olunub.

Putin cizgi filmi qəhrəmanı oldu - FOTO
Rusiyanın məşhur animasiya serialı "Prostokvaşino"nun yeni buraxılışlarında Rusiya Prezidenti Vladimir Putin personaj kimi təsvir olunub.

meqale.com xəbər verir ki, bu barədə epizoddan əldə edilən kadrları yayımlayan RBC məlumat verib. Kadrlarda Putin Pişik Matroskin, İt Şarik, Fyodor əmi və Poçtalyon Peçkinlə birlikdə Yeni il ağacı fonunda görünür.

Bu ideya 2025-ci il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində müzakirə olunub və Rusiyanın mədəniyyətini xaricdə tanıtmaq üçün "yumşaq güc" aləti kimi dəyərləndirilir.

Mövzuya münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, "Putin bütün ölkənin, o cümlədən uşaqların həyatının ayrılmaz hissəsidir".

Qeyd edək ki, "Prostokvaşino" Eduard Uspenskinin əsərləri əsasında 2018-ci ildən etibarən yenidən istehsal olunur və Rusiya telekanallarında yayımlanır.