“Mask narkotikin təsiri altında paylaşım edir”
İlon Maskın narkotik vasitələrdən istifadə etdiyi və sosial şəbəkələrdəki paylaşımlarını bu maddələrin təsiri altında etdiyi iddia olunur.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Vanity Fair" nəşri yazıb. Məqalədə qeyd olunur ki, Ağ Evin aparat rəhbəri Susan Vayls Maskın qeyri-standart və diqqətçəkən davranışları ilə seçildiyini bildirib. Onun sözlərinə görə, milyarderin son vaxtlar sosial şəbəkələrdəki aktivliyi də məhz bu çərçivədə dəyərləndirilir.
Nəşr vurğulayır ki, Maskın paylaşım tərzi və ictimai davranışları bir müddətdir müzakirələrə səbəb olur və bu məsələlər müxtəlif iddialarla gündəmə gətirilir.
Qeyd edək ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu olan İlon Mask hazırda dünyanın ən varlı insanı kimi tanınır. Onun sərvətinin 600 milyard ABŞ dollarını ötdüyü bildirilir.