BMT Baş katibi Maduroya zəng vurdu
Venesuela Prezidenti Nikolas Maduro Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb. Danışıq zamanı Vaşinqton tərəfindən Venesuelaya qarşı artan təhdidlər və ABŞ-nin Venesuela neft daşımalarına qismən blokada tətbiq etməsi müzakirə olunub.
meqale.com xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Prezident Maduro ABŞ Prezidenti Donald Trampın ona qarşı apardığı kampaniyanın regional sülh üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
BMT Baş katibinin mətbuat katibi isə ayrıca açıqlamasında bildirib ki, Antonio Quterreş Vaşinqton və Karakas arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərini davam etdirir.