Çindən gələn robot gözəllik salonunda işə başladı - VİDEO
Bursada fəaliyyət göstərən gözəllik salonu Çindən gətirilən və dəyəri 5 milyon lirə olan robotu işə götürüb.
meqale.com xəbər verir ki, avqust ayından salonun bir hissəsinə çevrilən robot müştəriləri qapıda qarşılayır, görüşləri qeyd edir və iş axınının idarə edilməsinə kömək edir.
Salonun işçiləri bildiriblər ki, robot qısa zamanda həm müştərilərin, həm də komandanın sevimlisinə çevrilib.
Robotun populyarlığı o qədər artıb ki, artıq o, salonun rəsmi maskotu hesab olunur.