Polşa sərhədində raket mesajı

Ortamənzilli "Oreşnik" ballistik raketi ilə Ukraynaya endirilən zərbənin əsas məqsədinin Avropa ölkələrinə mesaj vermək olduğu bildirilir. Raket Polşa sərhədinə yaxın Lvov vilayətində yerləşən bir obyektə düşüb.

meqale.com-ın məlumatına görə, bu barədə "Reuters" ukraynalı rəsmi mənbəyə istinadən xəbər yayıb. Qeyd olunur ki, raket Lvovdakı dövlət müəssisələrindən birinin istehsalat sahəsinə dəyib. Zərər ciddi olmayıb subdöyüş sursatları beton konstruksiyada kiçik zədələr yaradıb, yaxın ərazidə isə bir neçə çuxur əmələ gəlib.

Məmurun sözlərinə görə, raket döyüş deyil, inert başlıqlar daşıyıb. Bu da hücumun əsas məqsədinin obyektin məhv edilməsi deyil, güc nümayişi olduğunu göstərir.

Xatırladaq ki, Rusiya yanvarın 9-na keçən gecə Lvov vilayətinə ballistik raket zərbəsi endirib.