AFFA onu müsahibəsinə görə cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

AFFA onu müsahibəsinə görə cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

meqale.com xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

"Kəpəz"lə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə "Karvan-Yevlax" daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə "Karvan-Yevlax" klubu daha 5000 manat cərimə ödəyəcək.

Oyundan sonra "Karvan-Yevlax"ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına alan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.