Beyəlxalq Muğam Mərkəzində “Con moto” adlı növbəti konsertini keçirəcək
Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı ilə 29 noyabr saat 19:00-da Beyəlxalq Muğam Mərkəzində "Con moto" adlı növbəti konsertini keçirəcək. Konsertdə Vladimir Runçakın "Sədaların səsləri", Çarı Nurımovun "İndira Qandinin xatirəsinə" adlı kvarteti, Qara Qarayevin Prelüd №2 və №7 (işlənmə Lalə Piriyeva), Benjamin Yusupovun "Con moto" və John Tavenerin "Quzu" (işlənmə Ayaz Qəmbərli) əsərləri ifa ediləcək. Qeyd edək ki, əsərlər Azərbaycanda ilk dəfə ifa olunur.
Konsertə giriş sərbəstdir.