Zurabişvilinin impiçmentinin başladılmasına icazə verildi

Gürcüstanın Konstitusiya məhkəməsi ölkə Prezidenti Salome Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozduğunu tanıyıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin sədri Merab Turava açıqlayıb.

Onun sözlərinə görə, Konstitusiya məhkəməsinin qərarı Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa imkan verəcək. 

Qeyd olunur ki, Gürcüstan parlamenti Konstitusiya məhkəməsinin qərarını təsdiq etməlidir. Bunun üçün isə 100 deputatın səsi tələb olunur. Parlament sözügedən qərarı təsdiqləsə, Prezident Zurabişvili impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq.