"Qızlarım deyir ki, sənə "ata" deyəndə ətimiz tökülür"
Müğənni Emil Bədəlov qızlarından danışıb.
meqale.com xəbər verir ki, sənətçi "Gün ortası" proqramında övladları ilə münasibətindən söz açıb.
"Qızlarım mənə ata demirlər. Adımla çağırırlar. Deyirlər, ata deyəndə ətimiz tökülür. Balaca qızım isə "baba" deyir" deyə, Emil əlavə edib.
Qeyd edək ki, Emil Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onun bu nikahdan 3 qız övladı var. (Axşam.az)