Zelenski: "Bu, irəliyə doğru atılmış nəhəng bir addımdır"

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirilən mətbuat konfransında Fransa və Böyük Britaniya ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

Zelenski:
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirilən mətbuat konfransında Fransa və Böyük Britaniya ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib.

meqale.com xəbər verir ki, Zelenski bu gün imzalanan sənədin və çoxmillətli qüvvələrlə bağlı qərarın "irəliyə doğru atılmış nəhəng bir addım" olduğunu vurğulayıb.

O, bildirib ki, bir il əvvəl belə bir addımın atılacağını təsəvvür etmək belə mümkün deyildi, lakin bu gün bu, artıq reallığa çevrilib.

Hər keçən günün qələbəyə bir az daha yaxınlaşdırdığını qeyd edən Ukrayna lideri, "amma bu hələ kifayət deyil" deyə əlavə edib. Onun sözlərinə görə, "yalnız Ukraynadakı müharibə bitdikdə hər şey yetərli olacaq".