Moskva-İrəvan reysində çanta alovlandı - VİDEO
Moskvadan İrəvana uçan təyyarənin göyərtəsində yanğın baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, "FlyOne Armenia"nın 3F324 reysi ilə uçan sərnişinə məxsus şəxsi əşyaları olan çanta enişdən az əvvəl yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, stüardessalar cəld reaksiya verib və yanğını söndürüblər.
Yanğın nəticəsində xəsarət alan olmayıb və təyyarə sağ-salamat İrəvana enib.