Xocalıda şirkət əməkdaşı qəzada öldü - FOTO

Xocalıda evakuator qəza törədib.

Xocalıda şirkət əməkdaşı qəzada öldü - FOTO
Xocalıda evakuator qəza törədib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mədətkənd ərazisində qeydə alınıb.

"175 Yükdaşıma və Evakuasiya" şirkətinə məxsus evakuator idarəetmədən çıxaraq ağaclara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Mədətkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.