Avro və rubl yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Avro və rubl yenidən bahalaşdı
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

meqale.com xəbər verir ki, yanvarın 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0394 manat təşkil edib.

Avro 1,9816 manatadək, Rusiyanın 100 rublu isə 2,1521 manata kimi bahalaşıb.