"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"
Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı Aysunun efirdə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
meqale.com xəbər verir ki, veriliş zamanı aparıcı şəxsi mövqeyini açıqlayaraq, əks cinsdən olan şəxslərdən kiçik hədiyyələri qəbul etmədiyini bildirib.
Onun sözlərinə görə, hədiyyə xüsusi və dəyərli olmalıdır:
"Kişi mənə elə bir hədiyyə almalıdır ki, mənim onu özüm almağa imkanım çatmasın. Xırda hədiyyələri qəbul etmirəm".
Aysu gül hədiyyəsinə də münasibətini açıqlayıb. O, qeyd edib ki, gül ona təsir etmir və bunu daha çox qadınların bir-birinə verdiyi hədiyyə hesab edir:
"Gülü sevsəm də, yanında nəsə olmalıdır, Gül hədiyyəsi isə mənə çatmır ,onu xanım da xanıma alır".
Aparıcının bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb və istifadəçilər arasında fərqli mövqelərin ortaya çıxmasına səbəb olub.