Bunu içsəniz arıqlayıb "çöpə" dönəcəksiniz
Şüyüd toxumu yağı uzun illərdir təbii müalicə vasitəsi kimi tanınır. Lakin çoxlarının bilmədiyi bir məqam var: düzgün və ölçülü istifadə edildikdə bu yağ çəki atmağa da dəstək ola bilər.
meqale.com-ın məlumatına görə, şüyüd toxumu yağının sağlamlığa verdiyi əsas faydalar bunlardır:
Maddələr mübadiləsini aktivləşdirir Dərman bitkisi sayılan şüyüd toxumundan əldə edilən yağ müntəzəm istifadə edildikdə metabolizmi sürətləndirə bilər. Bu da orqanizmin yağ yandırma qabiliyyətini artıraraq arıqlama prosesini asanlaşdırır.
Vitamin və minerallarla zəngindir Şüyüd toxumu C vitamini, kalium, manqan, kalsium və dəmir kimi vacib maddələr ehtiva edir. Xüsusilə C vitamini güclü antioksidant kimi hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur.
Antioksidant təsiri güclüdür Şüyüd və onun toxumları çoxsaylı bitki mənşəli aktiv maddələrlə zəngindir. Araşdırmalar göstərir ki, şüyüd efir yağının tərkibində 80-dən çox uçucu birləşmə mövcuddur ki, bunlar orqanizmi iltihab və oksidləşdirici stresdən qoruyur.
İştahı azalda bilər Şüyüd toxumu yağı yeməklərə dad qatmaqla yanaşı, aclıq hissini zəiflətməyə də kömək edə bilər. Yağın əsas komponentlərindən biri olan anetol maddəsinin iştahı yatırıcı təsiri olduğu düşünülür. Bununla belə, bu sahədə aparılan araşdırmalar hələ tam yekunlaşmayıb.
Ürək sağlamlığını dəstəkləyir Şüyüd liflə zəngin olduğu üçün xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər. Bu xüsusiyyət ürək-damar xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərir.
Ana südünə təsiri Şüyüd çayının estrogen hormonunu stimullaşdırdığı və süd istehsalını artıra biləcəyi ehtimal olunur. Lakin həddindən artıq istifadə əks təsir göstərə, körpələrdə həzm və yuxu problemlərinə səbəb ola bilər. Buna görə də ölçüyə diqqət yetirmək vacibdir.