Özünü qumbaranın üstünə atıb döyüş yoldaşlarını xilas edən QƏHRƏMAN - VİDEO
"Bizimləsən" verilişinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı olan qəhrəman döyüşçü olub.
meqale.com xəbər verir ki, o, studiyada döyüş zamanı yaşadığı ən çətin və taleyüklü anı xatırlayaraq hər kəsi kövrəldən açıqlamalar verib.
Qəhrəman əsgər bildirib ki, döyüş yoldaşları ilə birlikdə olduqları mövqeyə düşmən tərəfindən əl qumbarası atılıb. Həmin an saniyələr içində qərar vermək məcburiyyətində qalıb:
"Döyüş yoldaşlarımla olduğumuz əraziyə əl qumbarası atdılar. O an ani qərar verməli idim. İcazə verə bilməzdim ki, yoldaşlarım xəsarət alsın, 20-30 evə şəhid xəbəri getsin. Ona görə tək özüm şəhid olmağı üstün tutdum. Qumbaranın üzərinə atıldım, partlayış oldu..."
Onun sözlərinə görə, partlayışdan sonra şok vəziyyətinə düşüb. Hətta bir çoxları onu şəhid bildiyini də deyib:
"Partlayışdan sonra şoka düşmüşdüm. Məni şəhid bilənlər var idi. Heç bir səs eşitmirdim".
Qəhrəman döyüşçünün bu fədakarlığı sayəsində döyüş yoldaşlarının həyatı xilas olunub. Hərbçimizin Vətən uğrunda göstərdiyi şücaət studiyada böyük emosional təsir yaradıb və alqışlanıb.