Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada öldü - FOTO
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində baş vermiş qəzada yaralanan gənc vəfat edib.
Mili.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı "Chevrolet" markalı avtomobillə "Toyota" toqquşub
Nəticədə "Chevrolet"in xəsarət alan 26 yaşlı sürücüsü Rəfa Rizvan oğlu Ağalı yerləşdirildiyi xəstəxanada ölüb.
Qeyd edək ki, mərhum Müsavat partiyasının Oğuz rayon təşkilatının sədri Rizvan Ağayevin oğludur.