XİN: Azərbaycan terrorla mübarizə sahəsində daima ön sıralardadır
Azərbaycan terrordan ciddi şəkildə əziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı "X" hesabında yazılıb.
"Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyıq", - paylaşımda bildirib.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun