Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nda "2022-2026-cı" sözləri "2022-2028-ci" sözləri ilə əvəz edilib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun