Tanınmış futbolçunu yolda güllələdilər - Vəziyyəti ağırdır - FOTO

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda iki qrup arasında baş verən silahlı insident zamanı peşəkar futbolçu Uğurcan Bekçi də daxil olmaqla üç nəfər yaralanıb.

meqale.com xəbər verir ki, hadisə İzmitdə Ömer Türkçakal Bulvarı, Sanayi Mahallesi ərazisində qeydə alınıb. İlkin məlumata görə, naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə silahlı qarşıdurmaya çevrilib. Açılan atəş nəticəsində Sultanbeyli Belediyesporun futbolçusu Uğurcan Bekçi ayağından güllə yarası alıb. Daha iki nəfər də xəsarət alıb.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yaralılara ilkin tibbi yardım göstərərək onları xəstəxanaya çatdırıblar. Futbolçunun vəziyyətinin ağır olduğu və əməliyyat edildiyi bildirilib.

Polis insidentlə bağlı ərazidə geniş təhlükəsizlik tədbirləri görüb, hadisə yerində tapılan giliz və digər maddi sübutlar toplanıb. 

Qeyd edək ki, 27 yaşlı cinah oyunçusu karyerası ərzində Kağıtspor, Körfez Spor Kulübü, Kocaeli Güneşspor, Belediye Derincespor, 24 Erzincanspor, Ankara Keçiörengücü və Adıyaman 1954 kimi klublarda çıxış edib.