"88 yaşlı anama söydülər deyə bu Allahın cəzası oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib.

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib.

meqale.com xəbər verir ki, Atamanın sözlərinə görə:

"Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik. Bu, vacib qələbədir. Avroliqa çox çətin bir marafondur. Hər kəs istənilən yerdə istənilən komandanı məğlub edə bilər" .

O, həmçinin azarkeşlərin davranışlarına da toxunub:

"Başa düşmürəm, amma 10 min təhsilsiz "Fənərbağça" azarkeşi 88 yaşlı təhsilli anama təhqirlər etdilər. Sonra Tanrı bizə kömək etdi.Bu da onlara Allahın cavabıdır. Oyunçularımız zərbələr endirməyə başladılar və müdafiədə aqressiv oynadıq. Həqiqətən də bu qədər savadsız insanların alqışlarına görə üzgünəm" .