"Sizin kimi qadınlar ailələri DAĞIDIRLAR" - müğənniyə ağır ittiham - VİDEO
Televiziya verilişlərindən birində gərgin və mübahisəli anlar yaşanıb.
meqale.com xəbər verir ki, opera ifaçısı, eyni zamanda Milli Konservatoriyanın pedaqoqu Taleh Yahyayev canlı yayımda Müjgan Ayxan və bir sıra gənc müğənniləri sərt tənqid edib.
Onun açıqlamaları studiyada ciddi müzakirələrə səbəb olub.
Taleh Yahyayev bildirib ki, bəzi gənc ifaçılar sənətə deyil, asan qazanca üstünlük verirlər:
"Gedib üç fonoqram yazdırırlar, restoran müdirlərindən sponsor tapırlar. Toylara da başqa məqsədlərlə gedirlər. Bu müğənnilər ailələrin dağılmasına səbəb olur. Onlar gənc nəsil üçün çox pis nümunədirlər".
Pedaqoq əlavə edib ki, bəzi gənclər sponsor taparaq gecə klublarında vaxt keçirir, qısa zamanda maşın və ev sahibi olmaq xəyalları qururlar:
"Bu yolun sonu çox vaxt uğursuzluqla bitir. Çoxu bədbəxt olur, ailəsiz və övladsız qalır".
Onun bu fikirləri verilişdə gərgin atmosfer yaradıb və sosial şəbəkələrdə də geniş müzakirələrə yol açıb.