Alman futbolçu faciəvi şəkildə öldü

Almaniyanın "Ertsgebirge" futbol klubunun keçmiş müdafiəçisi Sebastian Hertner 34 yaşında həyatını itirib.

Alman futbolçu faciəvi şəkildə öldü
Almaniyanın "Ertsgebirge" futbol klubunun keçmiş müdafiəçisi Sebastian Hertner 34 yaşında həyatını itirib.

meqale.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, "Ertsgebirge" rəhbərliyi sabiq futbolçunun vəfatından dərin kədər hissi keçirir və onun ailəsinə, yaxınlarına başsağlığı verir.

Açıqlamada qeyd olunub ki, Sebastian Hertner dekabrın 20-də qış tətili zamanı baş verən faciəvi qəza nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, Hertner "Ştutqart" klubunun yetirməsi olub. O, həmçinin Almaniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində beş oyunda meydana çıxıb.