Axtarışda olanlardan biri "Araz-Naxçıvan"ın prezidentidir
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş "RR Caspi", "Səmayə Co", "Səmayə Logistic" və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
meqale.com "Teleqraf"a istinadən xəbər verir ki, "RR Caspi"nin rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"ın prezidentidir.
Ramin Axundov eyni zamanda, bu işdə adı keçən "Səmayə Co", "Səmayə Logistic" şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.