Azər Mehralıyevə VƏZİFƏ verildi
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisinə yeni müavin təyin olunub.
meqale.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Azər Mehralıyev idarə rəisinin müavini vəzifəsinə təyin olunub. Bununla da idarə rəisinin müavinlərinin sayı 2-yə çatdırılıb.