Sami qovuldu

Tunis milli komandasının baş məşqçisi Sami Trabelsi vəzifəsindən azad edilib.

Sami qovuldu
Tunis milli komandasının baş məşqçisi Sami Trabelsi vəzifəsindən azad edilib.

meqale.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Tunis Futbol Federasiyası tərəfindən verilib. İstefa Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə qarşı məğlubiyyətdən sonra gerçəkləşib. 57 yaşlı mütəxəssis və onun köməkçiləri komandadan ayrılıblar.

Qeyd olunur ki, Tunis yığması həmin görüşdə əsas vaxtı 1:1 hesabı ilə başa vurub və penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Sami Trabelsi Tunis millisinin baş məşqçisi vəzifəsinə 2025-ci ilin fevral ayında təyin edilmişdi.