Rusiyada yeni əskinaslar buraxıldı - FOTO
Rusiyanın Mərkəzi Bankı 1000 və 5000 rubl nominalında yeni banknotları nümayiş etdirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, yeni əskinasların görüntülərini Rusiya Mərkəzi Bankının sədrinin müavini Sergey Belov bu gün keçirilən mətbuat konfransında təqdim edib.
Min rublluq banknotun üzərində Nijni Novqorod şəhərinin simvolik məkanlarının təsviri əks etdiriləcək. 5000 rublluq əskinas isə Yekaterinburqa həsr edilib. Yeni pullar tədricən dövriyyəyə buraxılacaq və 1997-ci ildən dövriyyədə olan banknotlarla birgə istifadə olunacaq.