“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib.

“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib.

meqale.com xəbər verir ki, Frankfurt təmsilçisi "Hoffenhaym"ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib.

Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Frankfurt təmsilçisi bir neçə gün əvvəl "Elversberq"dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib. 

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.