Prezident: Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

meqale.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin rumıniyalı həmkarı Nikuşor Danaya bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.

Azərbaycan Prezidenti əminliyini ifadə edib ki, iki ölkə arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlıq daha da dərinləşəcək.

meqale.com