Çəkilişləri başlamadan serialdan ayrıldı
Türkiyənin tanınmış aktrisası Qonca Vuslateri baş rol üçün seçildiyi "Ülker abla" serialında yer almayacağını açıqlayıb.
meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa layihənin çəkilişləri start götürmədən öz istəyilə serialdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, ekran işində Vuslaterinin tərəf müqabili kimi aktyor Olqun Şimşek nəzərdə tutulurdu.