Jurnalistlər “makler” adı ilə Ramiz Mehdiyevin villasına daxil oldu - VİDEO
"Protest TV" kanalının əməkdaşları Ramiz Mehdiyevə məxsus olduğu iddia edilən villaya daxil olublar.
meqale.com xəbər verir ki, onlar özlərini makler kimi təqdim edərək əraziyə giriblər və orada çəkiliş aparıblar.
Videoda görünür ki, əraziyə giriş zamanı heç bir ciddi yoxlama aparılmayıb və onlar rahatlıqla villaya baxış keçiriblər.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.