Kirkorovun bu ölkəyə giriş qadağası ləğv edildi
Kişineu rayon məhkəməsi rusiyalı müğənni Filip Kirkorovun Moldovaya girişinə 2022-ci ildə qoyulmuş qadağanı ləğv edib.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə məlumat respublika məhkəmələrinin vahid portalında yer alıb.
Məhkəmə Kişineu Beynəlxalq Hava Limanının sərhəd polis idarəsinin çıxardığı 28 iyul 2022-ci il tarixli qərarı ləğv edib.
O zaman İstanbuldan təyyarə ilə gələn sənətçi Moldovaya buraxılmayıb. VIP salonda pasport nəzarətindən keçərkən sərhəd polisi ifaçının ölkəyə girişinin qadağan olunduğunu bildirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun