Anar Röyadan ayrılma səbəbini AÇIQLADI - VİDEO

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb.

Anar Röyadan ayrılma səbəbini AÇIQLADI - VİDEO
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb.

meqale.com xəbər verir ki, verilişdə iştirak edən hüquqşünas onların ailə həyatının dağılmasında Anarı günahlandırıb.

Anar Cəlilov isə ittihamlara cavab verərək, ailəsinin dağılma səbəbinin düşündüyü kimi olmadığını bildirib və özünü müdafiə edib:

"Bir-birimizi başa düşmədik. Əvvəl ailəm sənətçi ilə evlənməyimi qəbul etmirdi, sonra qəbul etmişdilər. Sadəcə, münasibətdə anlaşılmazlıqlar yarandı və ayrılmağa qərar verdik".

Anar Cəlilovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun səmimiyyəti və Röya ilə münasibətinə dair açıqlamalarına müxtəlif reaksiyalar göstəriblər.