İsrailin Bəhreyndəki səfirliyi yandırıldı
Nümayişçilər İsrailin Bəhreyndəki səfirliyinin binasını yandırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzzaya zərbələr endirməsinə etiraz edən bir qrup nümayişçi paytaxt Manamada əllərində məşəllə İsrailin diplomatik nümayəndəliyinə yaxınlaşıb.
Onlar daha sonradan məşəlləri səfirliyin binasına atıblar. Hadisə zamanı səfirlikdə heç bir əməkdaş olmayıb.