İrəvanda Qarabağdan gələn ermənilərin HƏBSİ başladı
Oktyabrın 26-da Ermənistan polisi saat 23 radələrində Qarabağdan gələn iki gənci - Mxitar Lernik Ohanesyanı və Ernest Akopyanı saxlayıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Onların dostlarından biri "Hraparak"a bildirib ki, gənclər sentyabrın 21-də İrəvanda kütləvi iğtişaşlar törətdiklərinə görə gecə saatlarında xəbərdarlıq edilmədən polis tərəfindən həbs ediliblər.
Gənclərin valideynləri oğlanların harada olduqlarını belə bilmirlər. Polis isə onlar haqda heç bir məlumat verə bilməyəcəyini deyib.