İran XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı çərşənbə günü Ciddədə keçirilməsi planlaşdırılan fövqəladə iclasında iştirak edəcəyini bildirib.