İran küçələri orqan bazarına çevrilir - FOTO
İranda sosial şəbəkələrdə yayılmış bir foto geniş müzakirələrə səbəb olub.
meqale.com "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, fotoda küçədə dayanan bir kişi əlində qan qrupunun qeyd edildiyi kağız tutub. O, öz böyrəyini satmaq istəyir.
Foto İran ictimaiyyəti arasında böyük əks-səda doğurub. İran sakinlərinin ağır iqtisadi böhran şəraitində belə addımlar atmaq məcburiyyətində qalmaları təşvişlə qarşılanıb. Ekspertlərin fikrincə, bu, ölkədə dərinləşən sosial-iqtisadi problemlərin daha bir göstəricisidir.