"Fransanın mövqeyi hər zaman ermənipərəst olub"
Azərbaycan Fransa münasibətlərinin mövcud vəziyyəti 30 illik münasibətlərin ən aşağı nöqtəsindədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Bunun səbəbkarı Azərbaycan olmayıb. Əksinə biz hər zaman münasibətlərin inkişafı üçün real addımlar atmışıq. Fransanın hər zaman mövqeyi ermənipərəst olub.
Fransanın uzun müddət vasitəçi rolu olarkən kifayət qədər məharətlə öz ermənipərəst mövqeyini gizlədə bilib. 2020-ci il Vətən Müharibəsindən sonra öz mövqeyini gizlədə bilməyib. Fransanın ermənispərəst mövqeyi anti-Azərbaycan mövqeyinə qədər inkişaf edib", - deyə nazir qeyd edib.
"Biz məsələləri bir-birinə qarışdırılmasının tərəfdarı deyilik. Fransanın "Total" şirkəti Abşeron yatağına illər əvvəl maraq göstərib və tenderi qazanıb. Kontrakt saziş var. Tərəflərin öhdəlikləri bu müqavilədə nəzərdə tutulub. Azərbaycana yüzlərlə şirkətlər investisiya qoyur, gəlir götürür və faydalanırlar. Ancaq onların hüquqları ilə yanaşı öhdəlikləri də var. Hesab edirəm ki, bu da həmin müqavilədə nəzərdə tutulan hüquqa əsasən tənzimlənəcək. Mən burada ciddi risklər görmürəm. İnanıram ki, həmin sazişlərdə bütün öhdəliklər və hüquqlar əks olunub", - deyə nazir əlavə edib.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun