"Ermənistanın sürətli silahlanaraq aqressiv ritorikası sülh prosesinə təhdid törədir"
Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatların, bu ölkənin sürətli silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov ilə görüşündə deyib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional sülh və sabitliyi təhdid edən çağırışlar barədə həmkarını ətraflı məlumatlandırıb. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun