Ermənistan terrorçu qrupu zərərsizləşdirdi

Ermənistanda terrorçu qrup zərərsizləşdirilib.

Ermənistan terrorçu qrupu zərərsizləşdirdi
Ermənistanda terrorçu qrup zərərsizləşdirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, terrorçu qrup dövlət binalarını zəbt etməyi planlaşdırıb.

Qeyd olunur ki, cinayətkar dəstənin planlarına partlayış törətməyə hazırlıq, həmçinin, dövlət idarəetmə orqanlarının işini pozmaq məqsədilə dövlət binalarının və digər binaların zəbti daxil olub.

Cinayətkar qrupun yaşayış yerlərində və toplaşdığı məkanlarda axtarış aparılan zaman odlu silah və hərbi sursatlar, partlayıcı, siqnallı raketlər üçün işəsalma qurğusu, pilotsuz uçuş aparatı və iki qaz balonu, o cümlədən, zirehli jiletlər, rabitə və videomüşahidə vasiələri aşkarlanıb.

Sözügedən beş nəfərə qarşı cinayət işi açılıb, barələrində həbs qətimkan tədbiri seçilib.