Ermənistan müxalifəti etirazını belə bildirdi

Ermənistan müxalifəti Milli Yığıncağın dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə iclasında iştirakdan imtina edib.

Ermənistan müxalifəti etirazını belə bildirdi
Ermənistan müxalifəti Milli Yığıncağın dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə iclasında iştirakdan imtina edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Ermənistanın "Mənim şərəfim var" müxalifət partiyasının nümayəndəsi Tiqran Abramyan bildirib ki, mövcud hakimiyyətlə müzakirə ediləsi heç nə yoxdur.

O bildirib ki, fraksiyasının Milli Yığıncağın nümayəndələri ilə müzakirə edəcəyi heç nə yoxdur, büdcə müzakirəsi isə mahiyyətinə uyğun gəlmir.

Qeyd edək ki, Ermənistan parlamentində Milli Yığıncağın daimi komissiyalarının birgə iclası keçirilib. İclasda Ermənistan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsi müzakirə olunub. İclasda Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.

Ermənistanın digər "Ermənistan" müxalifət partiyasından olan deputat Arsvik Minasyan isə fraksiyasının bu müzakirələrdə iştirak etmək istəmədiyini bildirib.