Dünyanın ən qəribə bitkisi - "Balanofora"

Yaponiyanın Kobe Universitetindən botanik Kenji Suetsugu və komandasının apardığı araşdırmalar bitkilər aləmi haqqında bildiyimiz ən fundamental qaydalardan birini sarsıdıb. Balanofora bitkisi, "bitki olmaq üçün yaşıl olmaq və fotosintez etmək şərtdir" düşüncəsini alt-üst edir.

Dünyanın ən qəribə bitkisi -
Yaponiyanın Kobe Universitetindən botanik Kenji Suetsugu və komandasının apardığı araşdırmalar bitkilər aləmi haqqında bildiyimiz ən fundamental qaydalardan birini sarsıdıb. Balanofora bitkisi, "bitki olmaq üçün yaşıl olmaq və fotosintez etmək şərtdir" düşüncəsini alt-üst edir.

meqale.com xəbər verir ki, balanofora xarici görünüşünə (papaqlı quruluşuna) və meşə döşənəyində yetişməsinə görə asanlıqla göbələklə qarışdırıla bilər. Lakin o, tamamilə parazit bir bitkidir.

Bu bitkinin tərkibində yaşıl rəng verən xlorofill yoxdur. O, yaşaması üçün lazım olan bütün qidanı ağacların köklərinə yapışaraq onlardan alır.

Alimlər müəyyən ediblər ki, Balanoforanın genetik quruluşu (plastom) inanılmaz dərəcədə sadələşib. Normal bitkilərdə enerji istehsalı və fotosintez üçün lazım olan bir çox gen bu bitkidə artıq yoxdur.

Botanik Kenji Suetsugu: "Bir çox insan bitkiləri fotosintezlə eyniləşdirir. Lakin Balanofora sübut edir ki, bitki olmaq üçün yaşıl olmaq və ya günəş işığından enerji istehsal etmək məcburi deyil."

Balanofora olduqca nadir bir növ hesab olunur. Əsasən Tayvanın dağlıq bölgələrində və Yaponiyanın Okinava adasındakı sıx subtropikal meşələrdə tapılır. Toxumları ağac köklərinə tutunaraq inkişaf edir.