Xırtıldayan kartof kroket resepti
Kartof kroket hazırlayarkən ən böyük problem onların qızararkən dağılmasıdır.
meqale.com xəbər verir ki, Arda Türkmenin bu xüsusi texnikası ilə tam formalı və ləzzətli kroketlər hazırlaya bilərsiniz.
Lazım olan ərzaqlar: Kartof qarışığı üçün:
3-4 ədəd orta boy kartof
1 xörək qaşığı kərə yağı
2 ədəd yumurtanın sarısı
Yarım stəkan rəndələnmiş kaşar (və ya hər hansı bərk sarı) pendiri
Duz, istiot və bir az muskat qozu rəndəsi (istəyə bağlı)
Üzəri üçün (Panerovka):
1 stəkan un
2 ədəd yumurta (çalınmış)
1 stəkan suxarı (panko və ya çörək qırıntısı)
Qızartmaq üçün:
Bol duru yağ
Hazırlanma qaydası: Kartofları qabıqlı şəkildə bol suda yumşalana qədər qaynadın. Qaynadıqdan sonra qabıqlarını soyun və hələ isti ikən bir əzən vasitəsilə tam püre halına gətirin.
Kartofların daxilində iri parçalar qalmamalıdır, əks halda kroketlər dağıla bilər.
İsti kartof pürəsinin içinə kərə yağı, yumurta sarıları, rəndələnmiş pendir və ədviyyatları əlavə edin. Bütün ərzaqlar bir-birinə qarışana qədər yaxşıca yoğurun.
Hazırladığınız kartof xəmirindən qoz böyüklüyündə parçalar qopardaraq ovucunuzda silindr və ya dairəvi forma verin.
Panerovka prosesi (Sıralama çox önəmlidir): Hazırladığınız kroketləri ardıcıllıqla bu mərhələlərdən keçirin:
Əvvəlcə hər tərəfini una batırın.
Sonra çalınmış yumurtaya hər tərəfli bulayın.
Ən sonda suxarıya batıraraq hər yerinin örtüldüyündən əmin olun.
Geniş bir tavada duru yağı yaxşıca qızdırın. Kroketləri qızğın yağda hər tərəfi qızılı rəng alana qədər qısa müddət qızardın. Artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə düzün.