"Oğlu ilə dostam, amma özüylə danışmıram"
Müğənni İzzət Bağırov televiziya proqramında həmkarı, Əməkdar artist Qorxmaz Əlili ilə münasibətlərindən söz açıb. O, uzun illərdir Qorxmaz Əlili ilə ünsiyyətdə olmadığını bildirib.
meqale.com-ın məlumatına görə, "Rəngarəng" verilişində çıxış edən sənətçi qeyd edib ki, Qorxmaz Əlilinin oğlu Məmməd Əlili ilə dostluq münasibətləri davam edir:
"Qorxmaz Əlili ilə danışmıram, amma oğlu ilə yaxın münasibətim var. Məclisi olsa, dəvət alsam gedərəm. Haradasa qarşılaşsaq, salam da vermişəm", - deyə Bağırov vurğulayıb.
Müğənni əlavə edib ki, zaman-zaman eyni tədbirlərdə iştirak etsələr də, aralarında birbaşa ünsiyyət olmayıb:
"Məclislərdə bir-birimizi görmüşük, amma heç vaxt üz-üzə görüşməmişik. Sadəcə, uzaqdan baxışmışıq", - deyə o, sözlərini tamamlayıb.