Dünyada ilk dəfə hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu
Dünyada ilk dəfə olaraq İsrailin Petax-Tikva şəhərində yerləşən Rabin Tibb Mərkəzinin həkimləri hamiləlik dövrünün sonlarında olan qadın üzərində qarın boşluğu açılmadan robotlaşdırılmış əməliyyat həyata keçiriblər.
meqale.com oxuya istinadən xəbər verir ki, 23 yaşlı pasiyent Tsofiya Leyboviç əməliyyatdan bir neçə həftə sonra sağlam qız uşağı dünyaya gətirib.
O, hamiləliyin 32-ci həftəsində təcili xəstəxanaya yerləşdirilib və həkimlər dərhal robotik rezeksiya əməliyyatı keçirmək qərarına gəliblər.
Həkimlərin sözlərinə görə, belə kritik vəziyyətlərdə adətən qarın boşluğunun açıq əməliyyatı həyata keçirilir ki, bu da əksər hallarda erkən doğuşa səbəb olur. Bu dəfə həkimlər hamiləliyi qorumaq və laparoskopik müdaxilə etmək qərarına gəliblər.