8 nəvəsi var, 10-cu uşağını dünyaya gətirdi - FOTO
Lənkəranda ailənin 10-cu uşağı doğulub.
meqale.com xəbər verir ki, rayonun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.
Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.
Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var. /APA